16/08/2018 13:52
728 x 90

Ərdoğan Vaşinqtona mesaj - Türkiyə Rusiyadan S-400 almaqdan imtina etməyəcək

img

Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin (ZRK) alışından imtina etməyəcək. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Vaşinqton Türkiyəyə ABŞ istehsallı ZRK-ların satışından imtina edib: "ABŞ Ankaraya seçim imkanı vermədi və buna görə də Türkiyə Moskva ilə S-400 ZRK-larının alışı üçün danışıqlar aparmağa məcbur oldu".

Dövlət başçısı deyib ki, Türkiyə üçün milli maraqlar hər şeydən üstündür.

Son xəbərlər