12/12/2018 19:13
728 x 90

Suriya qarşı duran ölkələrin savaş poliqonuna çevrilir…

img

ABŞ-Britaniya-Fransa üçlüyünün Suriyanı kimyasal silahdan istifadə ittihamı ilə bombalamasının ardından ərazidəki İran kampına daha bir hücum olub.

Baki-xeber.com-un “Yeni Şafak”dan aldığı xəbərə görə, Hələbin cənub-şərqindəki Asan dağında yerləşən İran kampı işarə nişanı olmayan təyyarələr tərəfindən bombalanıb. Lakin bir sıra mənbələr bombardmanı İsrail təyyarələrinin törətdiyini iddia edir. Xəbərdə xatırladılır ki, Suriyadakı ən böyük hərbi qarnizonlardan biri olan Asan bölgəsinə uzun müddətdir İranlı əsgərlər nəzarət edir. Bombardman nəticəsində azı 20 iranlı əsgərin həlak olduğu bildirilir.

Xəbərdə o da qeyd olunur ki, Pentaqonun başçılığı ilə aprelin 14-də keçirilən əməliyyat zamanı da atılan raketlərin əksəriyyətinin hədəfi İranın istifadə etdiyi kamplar olub.

Qeyd edək ki, sözügedən tarixdə Suriyada 15 bölgəyə 105 raket atılıb, Rusiya və Əsəd tərəfdarları bu raketlərin çoxunun havada məhv edildiyini bəyan edib, lakin Pentaqon deyilənləri yalan adlandırıb.

Son xəbərlər