24/09/2018 23:57
728 x 90

Trampın növbəti hədəfi - Suriyadakı Rusiya hərbi bazaları...

img

ABŞ prezidenti Donald Tramp Suriya ərazisindəki Rusiya və İran obyektlərinə zərbə endirilməsinin bir neçə variantını nəzərdən keçirib.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır. Xəbərə görə, Pentaqon rəhbəri Ceyms Mettis ABŞ liderinə 3 mümkün variantı təqdim edib. Suriyada kimyasal silah istehsal edildiyi ehtimal olunan daha az sayda  hədəfin vurulması daha mühafizəkar variant hesab olunub. İkinci ssenari bu obyektlərin sayının çoxaldılmasını, eyni zamanda Suriya ordusunun komanda məntəqələrinin də vurulmasını nəzərdə tutur. Ən radikal variant isə Rusiya PVO-larına hücumdur ki, bununla Suriya rejiminin hərbi potensialının dağıdılması hədəflənir.

Nəşr yazır ki, Tramp müşavirlərinə Suriya ərazisindəki İran və Rusiya obyektlərinə zərbələr endirilməsi, ehtiyac yaranarsa Suriya hərbi texnikasının məhv edilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib. Mettis isə bu ssenariyə qarşı çıxıb və buna qarşı tərəfin cavabını istisna etməyib. Sonda ABŞ prezidenti Suriyanın kimyasal obyektlərinə 100 qanadlı raket buraxılması variantı üzərində dayanıb.

Son xəbərlər