25/06/2018 17:48
728 x 90

Gürcüstan prezidenti Brüsseldə “Biz NATO-ya layiqik” bəyanatı verdi

img

Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər. Trend-in məlumatına görə, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.

Dövlət başçısı Brüsselə səfəri zamanı "Azadlıq Radiosu"na müsahibəsində bildirib: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik".

G.Marqvelaşvili qeyd edib ki, Gürcüstandan asılı olan bir çox amillər, o cümlədən, ticarət əlaqələri, Qərblə Şərqi birləşdirən əsas ticarət marşrutları, Qara dəniz regionunun sabitliyi məsələsi var: "Bu Avropa və Avroatlantik amillərdir və Gürcüstanın daxil edilməsi çox vacibdir".

Qeyd edək ki, Gürcüstan Prezidenti Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüş keçirib.

Son xəbərlər