23/09/2018 20:57
728 x 90

Türkiyə ordudu Afrini tam mühasirəyə aldı

img

Türkiyə Silahlı Qüvvələri (SQ) və "Azad Suriya Ordusu" Afrini tamamilə mühasirəyə alıb. Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələri bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini də nəzarətə götürüb.

Türkiyə Silahlı Qüvvələri dinc sakinlərin Suriyanın Afrin şəhərindən çıxması üçün dəhliz saxlayıb. Bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Məlumata əsasən, dinc sakinlərin Afrindən çıxması üçün nəzərdə tutulan bu dəhliz bir neçə gün ərzində açıq olacaq.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Son xəbərlər