25/06/2018 17:43
728 x 90

Tramp Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsindən niyə uzaqlaşdırdı... - YENİLƏNDİ

img

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib. Baki-xeber.com xəbər verir ki bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, prezident Donald Tramp Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeonu gətirib.

Xəbərləri prezident Tramp da "Twitter" səhifəsində təsdiqləyib. “CIA direktoru Mayk Pompeo yeni dövlət katibi olacaq. Fantastik bir iş görəcəyik. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm. Gina Haspel isə yeni CIA direktoru olacaq, bu vəzifəyə seçiləcək ilk qadın olacaq. Hamısını təbrik edirik!” – Tramp yazıb.

Hazırda G. Haspel CİA direktorunun 1-ci müavini vəzifəsini tutur.

Qərarın açıqlanmasından sonra Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp, Tillersonla münasibətlərinin yaxşı olduğunu, ancaq İranla nüvə anlaşması kimi məsələlərdə fikir ayrılığı yaşadıqlarını deyib. ABŞ prezidenti, bütün dünyaya səs salan Şimali Koreya lideri Kim Jonqla görüş qərarını da Tillersonla məsləhətləşmədiyini xüsusi qeyd edib.

AP xəbər agentliyi açıqlama verən Tillersonun köməkçisi bildirib ki, vəzifədən qovulmasının səbəbi Tillersona açıqlanmayıb. Trampın, qərar barədə şəxsən onun özü ilə danışmadığı bildirilən xəbərdə qeyd edilir ki, Tillerson, vəzifədə qalıb işləmək istəyirmiş. Agentlik Trampın bu qərarı tək başına verdiyini bildirib.

 “Reuters” agentliyinə açıqlama verən yüksək rütbəli bir Ağ Ev rəsmisi, Trampın, davam edən ticarət müzakirələri və Şimali Koreya ilə danışıqlar öncəsi yeni bir komanda qurmaq istədiyini deyib.

Dünyaca şöhrətli “Əl-Cəzirə” kanalı 6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Qətər böhranı zamanı Doha rəhbərliyi ilə əməkdaşlıq tərəfdarı olan Tillersonu vəzifədən uzaqlaşdırılması üçün lobbi fəaliyyətinə başladığını bildirmişdi.

Onu da qeyd edək ki, aylardır Amerika mətbuatı Trampın Tillersonu vəzifədən qovacağı ilə bağlı xəbərlər yayırdı, ancaq ABŞ prezidenti bu xəbərləri hər dəfə təkzib edirdi. Ancaq Tillerson, Afrika səfərindən qayıdandan dərhal sonra vəzifədən azad edildi.

Qeyd edildiyi kimi, Tramp Gina Haspeli CIA direktoru vəzifəsinə gətirib. 1985-ci ildə CIA-yə qatılan Gina Haspel, Mərkəzi Kəşfiyyat Agentliyi direktorunun 1-ci müavini vəzifəsinə 2017-ci ilin fevral ayında təyin edilib. Onun Pompeoya yaxın şəxs olduğu bildirilir.

Haspel, CIA-da müavin vəzifəsindən əvvəl Taylanddakı CIA həbsxanasına rəhbərlik edib.

Bir müddət əvvəl onun kəşfiyyat toplanması, təhlilləri, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici əməliyyatlarda əvəzedilməz bir agent olduğu iddia edilirdi. Bundan başqa, Haspelin İran, Tunis, Misir və bir çox Yaxın Şərq ölkələrində baş verən iğtişaşların təkil edilməsinin arxasında olduğu iddia edilirdi...

Son xəbərlər