23/09/2018 20:57
728 x 90

ABŞ Rusiyanın "S-400"lərinə görə Türkiyəni sanksiya ilə hədələdi

img

Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket sistemləri ilə bağlı ABŞ və Qərbin narahatlığı davam edir. İlk gündən buna qarşı çıxan ABŞ bu dəfə Türkiyəni açıq təhdid edib.

Baki-xeber.com xəbər verir ki, Türkiyə və Rusiyanın, təyyarə böhranından sonra əlaqələrin sürətlə bərpa olunması ilə başlayan strateji iş birliyi, xüsusilə müdafiə sənayesi və Yaxın Şərqdəki proseslərdə mühüm rol oynamağa başlayıb. Təbii ki, Suriya mövzusunda Türkiyə və Rusiyanın yaxınlaşması ABŞ və Qərbdə birmənalı qarşılanmır.

Suriya məsələsində əldə olunan razılaşmalar qədər ABŞ-ı narahat edən digər mövzu isə Türkiyənin Rusiyadan alınmasına dair razılığa gəldiyi “S-400” havadan müdafiə sistemləridir. ABŞ indiyə qədər “S-400”lərin Türkiyəyə satılmasını önləmək üçün müəyyən addımlar da atıb. Belə ki, bir müddət əvvəl ABŞ “S-400” tədarükçüsü Rusiya şirkətlərini sanksiya siyahısına alaraq Türkiyənin ödəniş etməsinin qarşısını almağa çalışmışdı. Ancaq Türkiyə və Rusiya bu maneəni, rublla ödəmə razılaşması ilə aşdı.

Bu dəfə isə ABŞ Türkiyəni açıq sanksiyalarla təhdid edib. ABŞ Dövlət Departamentində bir qrup avropalı jurnalistlə görüşdə hökumət səlahiyyətlilərindən biri NATO-ya qarşı “Rusiya təhdidinə” toxunaraq, Türkiyə-ABŞ böhranının ortadan qaldırılmasının əhəmiyyətini vurğulayıb. Rusiya ilə "S-400" zenit-raket sistemləri müqaviləsinin pozulmasını arzulayan ABŞ rəsmisi Türkiyə ilə yeni havadan müdafiə sistemi məsələsini həll etməyi təklif edib. Hökumət rəsmisi deyib ki, ABŞ Türkiyənin hava müdafiəsini gücləndirmək istəyini anlayır: "Amma "S-400" sistemlərinin Türkiyəyə tədarükü ilə bağlı narahatlıqlarımız var. Bunu açıq şəkildə dilə gətiririk. Bunun NATO ilə birgə əməkdaşlığa mənfi təsirləri ola bilər və Türkiyəni ABŞ Konqresində yeni qəbul edilən qanun çərçivəsində sanksiyalarla qarşı-qarşıya qoya bilər".

O bildirib ki, Türkiyənin hava müdafiəsini təmin etmək istəməsi qanunidir və bunu anlayırlar: "Bu məsələ ilə bağlı Türkiyə ilə əməkdaşlıq edərək daha yaxşı çıxış yolu tapmasına kömək etmək istəyirik. Ankarada keçən həftə bu məsələni də müzakirə etdik. Danışıqlar davam edəcək".

Son xəbərlər