23/09/2018 20:54
728 x 90

Niderland səfirliyinin müşavirini qondarma genosidə qərəzli dəstəyə görə Türkiyə XİN-ə çağırdılar

img

Niderland parlamentinin aşağı palatası qondarma "erməni soyqırımı"nı tanıyan qətnaməni qəbul edib. Baki-xeber.com xəbər verir ki, hökumətin tövsiyələrini nəzərə almayan parlament qondarma “genosidi” dəstəkləyən qanunu qəbul edib.

Layihəyə sadəcə türklərin qurduğu Denk Partiyası qarşı çıxıb.

Hökumət protokoluna əsasən, soyqırımın tanınması, beynəlxalq məhkəmələrin qərarları, BMT araşdırmalarının nəticələrinə əsaslanmalıdır. Hollandiya hökuməti, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasına əsasən hərəkət edir. Buna görə də qərar hökumət üçün məcburi xarakter daşımır.

Ölkənin XİN başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Siqrid Kaaq da bildirib ki, hökumət parlamentin qərarını təkrarlamayacaq: "Nazirlər kabineti təmkin göstərməyə davam edəcək".

"Hər iki ölkə birgə fəaliyyət göstərməli, qarşılıqlı razılaşma üçün addımlar atmalı və hadisələri araşdırmalıdır", - deyə Kaaq bildirib.

Türkiyə XİN isə Niderland parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması haqqında qərarını sərt şəkildə qınadığını bəyan edib. "Niderland parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması haqqında qətnaməni qəbul etməsini şiddətlə qınayırıq", - deyə bəyanatda bildirilir.

Niderland səfirliyinin müşaviri isə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, müşavirə Niderland parlamentinin 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınması barədə qərarı ilə əlaqədar etiraz bildirilib.

Son xəbərlər