10/12/2018 00:21
728 x 90

Türkiyə ordusu Afrində 1873 terrorçunu məhv edib, 1000 kənd azad edilib…

Ərdoğan: "Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir”

img

“Suriya və İraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi etdik. Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də, Suriyada qeyri-sabitlik artdı, Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük”.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, “Fərat qalxanı” əmədiyyatı ilə 2 min kv.km ərazi İŞİD terrorçularından təmizlənib, 140 min suriyalı torpaqlarına qayıdıb: “İllərlə Türkiyəni terrorla sıxışdırmağa çalışanlara verdiyimiz bu reaksiya bizim yeni həmlələrimizin də önünü açıb. Suriyada Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün apardığımız "Zeytun budağı" əməliyyatı 35-ci günə qədəm qoyub. İndiyə qədər əməliyyat çərçivəsində 1873 terrorçu məhv edilib, 415 kv.km ərazi nəzarətə götürülüb. 1000 kənd terrorçulardan təmizlənib. Bizim əsas məqsədimiz nədir? Ölkəmizdə 3 milyon suriyalı var, əsas məqsədimiz bu insanların torpaqlarına qayıtmasını təmin etməkdir”.

Türkiyə prezidenti qeyd edib ki, indiyə qədər Afrin bölgəsindəki əsas yküsəkliklər terrorçulardan azad edilib: “Ona görə də bundan sonra əməliyyat daha sürətlə gedəcək. Təbii ki, hava şəratinin qeyri-sabit olması amili də müəyyən rol oynaya bilər. İnşallah, ən qısa müddətdə Afrin şəhəri mühasirəyə alınacaq, terrorçulardan təmizlənəcək”.

Son xəbərlər