22/02/2018 13:07
728 x 90

Mahmud Abbas Fələstin-İsrail danışıqlarında ABŞ-ın yeganə vasitəçi olmasını istəmir

img

“Biz ABŞ-ın yeganə vasitəçi olmasını istəmirik, amma onları inkar da etmirik”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Fələstin prezidenti Mahmud Abbas Moskva məscidində keçirdiyi brifinq zamanı deyib.

M. Abbas bildirib ki, Moskva və ya Parisdə Fələstin mövzusunda konfrans keçirilə bilər: "Biz vasitəçiliyin çoxtərəfli olmasını istəyirik.  Bu çoxtərəflilik Parisdə və ya Moskvada baş tutacaq beynəlxalq konfransla ola bilər. Hər hansı bir konfransla”, - deyə M. Abbas söyləyib.

Son xəbərlər