28/05/2018 05:04
728 x 90

Ankara PKK-ya 500 milyon dollarlıq yardıma görə Türkiyə-ABŞ münasibətlərinin tamamilə dayandırıla biləcəyini bəyan etdi

img

Suriyada fəaliyyət göstərən PYD terrorçularına ABŞ tərəfindən 500 milyon dollar həcmində maliyyə yardımının edilməsi Ankara ilə Vaşinqton arasında münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxara bilər. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib.

Nazir müavini vurğulayıb ki, ABŞ terrorçularla yox, Türkiyə ilə bütün məsələlərdə əməkdaşlıq etməlidir: “Təəssüf ki, ABŞ Suriyadakı terrorçularla bağlı mövqeyini dəyişməyib və Vaşinqton hələ də PYD terrorçularına hərbi yardım göstərir”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ PYD terror təşkilatına 500 milyon dollar həcmində maliyyə yardımı göstərəcəyini elan etmişdi.

Son xəbərlər