19/11/2018 16:14
728 x 90

Saakaşvili Polşadan siyasi sığınacaq istəməyəcək, Ukraynada mühakimə olunmaq istəyir

“Məni Ukraynaya qaytarın!”

img

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Polşadan siyasi sığınacaq almaq üçün müraciət etməyəcək.  APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, M. Saakaşvili bu barədə "News One" kanalına açıqlamasında deyib. O bildirib ki, Polşa Daxili İşlər Nazirliyi ondan siyasi sığınacaq almaq kimi bir niyyətinin olub-olmadığı soruşulub: “Mən onlara heç bir siyasi sığınacaq istəmədiyimi dedim”.

Varşavada keçirdiyi mətbuat konfransında Saakaşvili Ukraynaya qaytarılmasını istəyib: “Məni Ukraynaya qaytarın. Mən orada mühakimə olunmaq istəyirəm”. 

“Əgər hər hansı bir şəxs dövlət çevrilişində ittiham olunursa, o, ölkədən çıxarılmır. Ağır cinayətlərdə ittiham olunan bir şəxs ölkə xaricinə buraxıla bilməz. Onlar məni mühakimə edəcəklərmi? Mən məhkəmədə necə iştirak edəcəyəm? Məni Ukraynaya qaytarın! Mən orada mühakimə olunmaq istəyirəm", - deyə Saakaşvili bildirib. O, prezident Poroşenkonun ondan qorxduğunu vurğulayıb.

Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu. 

Son xəbərlər