22/02/2018 13:08
728 x 90

Ermənistanda cinayətkarlıq görünməmiş həddə...

img

Ermənistanda ötən il cinayətkarlıq göstəricisi 8,1% artıb.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Vestnik Kavkaza” saytı yazır. Xəbərdə deyilir ki, 2016-cı ildə 18 764 cinayət qeydə alındığı halda, 2017-ci ildə bu say 20 284 olub. Ermənistan polisinin hesabatına əsasən, aparılan statistikada ötən ilin statistikasında orta ağır cinayətlər, o cümlədən qanunsuz silah dövriyyəsilə bağlı cinayətlər üstünlük təşkil edib. News.am.saytı qanunsuz silah dövriyyəsinin 2016-cı ildəki 729 rəqəminə qarşı ötən il 858 olduğunu yazır.  

Lakin polisin hesabatında ev oğurluğu, xırda xuliqanlıq və adam öldürməyə cəhd kimi cinayətlərin göstəricisinin azaldığı qeyd olunur.

Beləliklə, düşmən ölkə Azərbaycandan siyasi, hərbi, iqtisadi göstəricilərinə görə xeyli geridə qalsa da, cinayətlərin statistikası üzrə “irəlidədir”. 

Son xəbərlər