19/11/2018 16:13
728 x 90

ABŞ bu dəfə İsraili məyus etdi...

img

Baş nazir Binyamin Netanyahu ABŞ administrasiyasına İordan çayının Qərb sahilinin İsrailə birləşdirilməsi ilə bağlı müraciət edib.

Baki-xeber.com-un xəbərinə görə, İsrail Baş nazirliyindən verilən açıqlamada Netanyahunun bu mövzu ilə bağlı başçısı olduğu “Likud” partiyasından olan millət vəkilləri ilə görüşdüyü bildirilib. Xəbərə görə, Netanyahu Qərb sahilinin tam suverenliyi və buradakı qanunsuz yəhudi məskənlərinin İsrailə birləşdirilməsi mövzusunu ABŞ rəhbərliyi ilə müzakirə edib. "Bu mövzunu amerikalılarla bir müddətdir müzakirə edirəm. Bu mövzuda aşağıdakı prinsipləri təqib edirik: birinci olaraq amerikalılarla koordinasiya, çünki onlar İsrail dövləti və məskunlaşmalar üçün strateji bir qazancdır. İkincisi isə, bu şəxsi deyil, dövlətin təşəbbüsü olmalıdır, çünki tarixi bir hərəkətdir"- o deyib.

Lakin məsələyə ABŞ-ın reaksiyası özünü çox gözlətməyib. Belə ki, İsrail Baş nazirinin açıqlamasının dərhal ardından Ağ Ev sözçüsü Josh Raffel Vaşinqtonun İsraillə İordan çayının Qərb sahilindəki məskunlaşma ərazilərinin anneksiyası mövzusunu müzakirə etməsi xəbərlərini təkzib edib. İsrail mətbuatında yer alan xəbərə görə,  Raffel İsrail və Amerikanın "belə bir təklifi müzakirə etmədiyini" ifadə edərək, ABŞ rəhbərliyinin bütün diqqətini "İsrail və Fələstin arasında yeni bir sülh cəhdinə" yönəltdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin sonunda “Likud” Partiyasının Mərkəzi Komitəsi İsrail parlamentinə İordan çayının Qərb sahilinin İsrailə birləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim etmişdi. Xəbərə görə, həmin qanun layihəsi dünən hökumətin gündəmindən çıxarılıb.

Son xəbərlər