20/08/2018 06:40
728 x 90

ABŞ-dan Tillersonun Ankara səfəri öncəsi münasibətləri daha da gərginləşdirən qərar - PKK-ya 550 milyon dollar ayrıldı

img

ABŞ, dövlət katibi Reks Tillersonun bu həftə gözlənilən Ankara səfəri öncəsi Türkiyə ilə münasibətləri daha da gərginləşdirən addım atıb. Baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirilyi (Pentaqon) Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD/PKK qruplaşmasına dəstək üçün 550 milyon dollar ayırıb.

Pentaqon, 2019-cu il büdcə layihəsində İŞİD-lə mübarizə çərçivəsində əsasən PYD/PKK terrorçularından ibarət olan “Suriya Demikratik Qüvvələri”nin təlimi üçün 300 milyon, yaradılması planlaşdırılan sərhəd təhlükəsizlik qüvvələrinə isə 250 milyon dollar ayırıb.

Pentaqonun Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG liderliyindəki SDQ-yə ümumilikdə 550 milyon dollar ayırdığı iddia edilir.

Pentaqonun, Tillersonun Türkiyəyə səfəri ərəfəsində PYD-yə maliyyə yardımını büdcə layihəsinə salınması Ankaradakı görüşlərin gözlənildiyindən də gərgin olacağını düşünməyə əsas verir.

Son xəbərlər