22/02/2018 13:07
728 x 90

Ukrayna Saakaşvilini Polşaya deportasiya etdi

img

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili saxlanaraq Ukraynadan deportasiya edilib. Baki-xeber.com xəbər verir ki, Yeni Güclər Hərəkatı partiyasının sədri olan Saakaşvili Kiyev-Varşava təyyarə reysi ilə Polşaya göndərilib.

Ukrayna Sərhəd Təhlükəsizlik İdarəsinin sözçüsü Oleq Slobodyan Saakaşvilinin deportasiyasının müvafiq qurumların öncədən çıxardığı qərarlar çərçivəsində həyata keçirildiyini deyib.

Sözçü Saakaşvili saxlanan zaman çevrəsindəki bəzi tərəfdarlarının bunun qarşısını almağa cəhd etdiyini, buna görə də təhlükəsizlik qüvvələrinin zor tətbiq etmək məcburiyyətində qaldığını bildirib.

Həbs edilən Saakaşvili Kiyev-Varşava təyyarə reysi ilə Polşaya deportasiya edilib.

Qeyd edək ki, son vaxtlar Ukrayna prezidenti Petr Poroşenkonun ünvanına mütəmadi olaraq ittihamlar səsləndirən Saakaşvili dünən Kiyevin "Suluquni" restoranında uniformalı şəxslər tərəfindən həbs edilib. Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko isə siyasətçinin Kiyevdəki "Suluqunu" adlı gürcü restoranından naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Ukrayna Baş Prokurorluğu və Miqrasiya Xidməti isə Saakaşvilini həbs etmədiklərini bildirmişdilər. Siyasətçinin müttəfiqi Liza Boqutskaya isə Facebook səhifəsində, onun Varşavaya göndərmək üçün Kiyevin "Borispol" hava limanına aparıldığını yazmışdı.

Son xəbərlər