23/01/2018 23:46
728 x 90

Tramp miqrantlarla bağlı rüsvayçı ifadələr işlətdi - "Axı biz niyə "zir-zibil ölkələrdən…”

img

"Axı biz niyə "zir-zibil ölkələrdən olan adamları qəbul etməliyik". Washington Post yazır ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi iclasda mühacirlərin ünvanına deyib.

Hesab olunur ki, bu sözlər Haiti, El Salvador və Afrika ölkələrinin ünvanına deyilib. Ağ Ev bu məlumatı təkzib etməyib.

BMT nümayəndəsi ABŞ prezidentinin sözlərini "irqçi" kimi təsvir edib. Ağ Evin sözçüsü Raj Shah isə bildirib ki, müəyyən Qərb siyasətçiləri xarici ölkələrlə mübarizəni seçir, amma prezident Tramp həmişə Amerika xalqının maraqları üçün mübarizə aparır. O əlavə edib ki, bəzi imiqrasiyada limit tətbiq edən ölkələr kimi prezident Tramp da ölkə iqtisadiyyatını inkişaf etdirməklə, "böyük xalqımıza inteqrasiya ola bilməklə ABŞ-ı gücləndirəcək" mühacilərin gəlməsi üçün imiqrasiya siyasətində dəyişikliklə bağlı mübarizə aparır.

Ağ Evdəki toplantı bəzi imiqrasiya kateqoriyalarının leqallaşması ilə bağlı müzakirələrə həsr olunubmuş. İclasda hər iki partiyanın qanunvericiləri iştirak edib.

Trampın bu sözlərinə bəzi konqresmenlər sərt reaksiya veriblər. BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Kolville deyib ki, "təsdiq olunarsa bu ABŞ prezidentinin sarsıdıcı və rüsvayçı şərhidir və mən təəssüf edirəm ki, buna irqçilikdən başqa bir söz tapa bilmirəm".

Konqresdə yeganə haitili-amerikalı olan Mia Love tələb edib ki, Tramp bu "nəzakətsiz, ayırıcı" şərhinə görə üzr istəsin.

Donald Tramp hakimiyyətə gələndən bəri bəzi ölkələrə qarşı sərt imiqrasiya siyasətini tətbiq etməyə çalışır. O, “Grenn-Card” lotereyasının ləğvinə çağırır və Meksika ilə ABŞ sərhəddində divar səddi tikmək üçün planlar təqdim edir.

Son xəbərlər