18/07/2018 14:28
728 x 90

Türkiyə ABŞ Departamentinin Ankaraya qarşı çağırışına eyni məzmunlu çağırışla cavab verdi

Yıldırım: Türkiyə ABŞ-dan daha təhlükəsizdir

img

Türkiyə öz vətəndaşlarını ABŞ-a səyahət etməkdən çəkinməyə çağırıb. Trend-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların rəsmi Ankaraya qarşı çağırışına cavab olaraq bu bəyanatı verib.

XİN-in bəyanatında deyilir: “ABŞ-a səyahət edən vətəndaşlarımızın bir daha bu qərarı gözdən keçirmələrində fayda var".

ABŞ Departamentinin çağırışını şərh edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, Türkiyə ABŞ-dan daha təhlükəsizdir. B.Yıldırım vurğulayıb ki, heç bir ölkə terror aktlarından sığortalanmayıb.

Baş nazir əlavə edib: “Sanki elə təəssürat yaranır ki, ABŞ şəhərlərində terror aktları olmur”.

Qeyd edək ki, ötən gün ABŞ öz vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırıb.

Son xəbərlər