24/10/2017 06:05
728 x 90

“Türkiyənin təhlükəsizliyini hərbi yolla təmin etmək hüququ var”

img

Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın İdlib şəhərində hərbi əməliyyat hüququna malikdir. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavin Bəkir Bozdağ deyib.

Baş nazir müavininin sözlərinə görə, İdlibdə hərbi əməliyyat beynəlxalq hüquqa zidd deyil.

B.Bozdağ qeyd edib: "Terrorçuların Afrin və Suriyanın digər şəhərlərində toplaşması Türkiyə üçün ciddi təhlükə yaradır".

O əlavə edib ki, Türkiyə yaxın zamanlarda təhlükəsizliyin təmin edilməsi istiqmətində atacağı addımları müəyyən edəcək.

Son xəbərlər