23/11/2017 00:34
728 x 90

2019-cu ilədək Avropa İttifaqına yeni üzv qəbul edilməyəcək

img

“2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək”. APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib. Sədr qeyd edib ki, hazırda heç bir namizəd buna hazır deyil: “Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir”.

Yunker əlavə edib ki, Türkiyənin də gələcəkdə Aİ-yə üzvlüyü istisnadır. O Aİ-yə üzv olmaq istəyən dövlətlərə mesaj göndərib. Komissiya sədri bildirib ki, Aİ-yə üzv olmaq üçün müraciət edən hər bir dövlət ərazisində hüququn, ədalətin və insan haqlarının üstünlüyünü prioritet halına gətirməlidir.

“Avropa İttifaqı keçmiş Yuqoslaviya ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniyanın inteqrasiya siyasətini rədd etmir. Çünki, onları eyni region - Qərb Balkanları kimi qəbul edirik. Düşünürəm ki, sərhədlərimizdə daha çox sabitlik arzulayırıqsa, biz Qərb Balkanları üçün genişlənmə perspektivini saxlamalıyıq”, - deyə o əlavə edib. 

Son xəbərlər