21/08/2017 18:03
728 x 90

Müharibənin bir addımlığında olan ABŞ-la Şimali Koreyanın aylardır gizli görüş keçirdiyi xəbəri yayıldı...

img

Müharibənin bir addımlığında olan ABŞ və Şimali Koreya arasında gərginlik getdikcə daha da güclənir. Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Sakit Okeanındakı ABŞ torpağı olan Quam adasına bu ay raket atacağını açıqlayan Şimali Koreyaya yenə xəbərdarlıq edib. Tramp əgər Quamda ən kiçik bir şey olsa Şimali Koreya çox böyük bir baş bəlası ilə qarşı-qarşıya qalacağını bəyan edib.

Koreya Xalq Demokratik Respublikasında (KXDR) isə 3.5 milyon işçi, partiya üzvü və əsgər ABŞ-a qarşı döyüşmək üçün, yenidən ordu sıralarına qoşulmaq üçün müraciət ediblər. Bu məlumatı “Rodong Sinmun” adlı ölkənin rəsmi qəzeti yayıb. Onların bildirdiyinə görə, könüllülər BMT-nin sanksiyaları müqavimət göstərmək və Pxenyan ilə Vaşinqton arasında gərginliyin artması ilə əlaqədar ABŞ-a qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.

ABŞ-la Şimali Koreya arasında aylardır davam edən gizli görüş...

Bu arada, “Associated Press” xəbər agentliyi Donald Tramp və Kim Conqla əlaqədar tam fərqli bir iddia ortaya atıb. Agentlik iddia edir ki, ABŞ və Şimali Koreya liderlərinin dünyanın gözü qarşısında bir-birini təhdid etməsinə baxmayaraq, əslində hər iki ölkə nümayəndələri aylardır pərdə arxasında görüşürlər. AP adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, nümayəndələr arasında keçirilən görüşlərdə ABŞ-ı Cozef Yun, Şimali Koreyanı isə Pak Sond II təmsil edir.

İlk reaksiya verən ölkə Rusiya olacaq

Şimali Koreya ilə ABŞ arasında artan təhdidlər Rusiyanı da hərəkətə gətirib. Rusiya ola biləcək ABŞ-Şimali Koreya müharibəsilə əlaqədar ordunu tam hazır vəziyyətə gətirib. Məlumata görə, Rusiya uzaq şərqdəki birliklərini hərbi hazırlıq rejiminə keçirib.

Vladivostokda olan Rusiya raketdən müdafiə sistemlərinin indi əsas vəzifəsi Şimali Koreyanın düşmənlərinə hücum etməsi və koordinatları səhv salacağı halda Rusiya torpaqlarına yarana biləcək təhlükəni aradan qaldırmaqdır.

Bölgədəkı güclü müdafiə kompleksinin ölkəni uzaq şərqdən gələn bütün təhdidlərdən qorumaq potensialına sahibdir. Şimali Koreya ilə yaxın məsafədə olan Vladivostokda 4 ədəd S-300 PS və 2 ədəd S-400 var.

Rusiya bu komplekslər vasitəsilə, Şimali Koreya raketləri səhv istiqamətə gedəcəyi halda ilk reaksiya verən ölkə olacaq. Rusiya ordusu Şimali Koreyadan gələcək hər hansı bir təhlükəyə şərqdən qarşılıq verməyi və Sakit okean donanmasını hava təhdidlərdən qorumağı planlaşdırıb.

Hərbi ekspert Mixail Xodarenokun fikrincə, strateji ballistik raketdən müdafiə kompleksinin uzaq şərqdə qitələrarası raketləri zərərsizləşdirmək potensialı yoxdur: “Lakin S-300 və S-400-dən orta mənzilli raketləri zərərsizləşdirmək olar. Bu hərbi hədəfi yerinə yetirmək üçün texniki imkanlara sahibik. Şimali Koreya bizi raket sınaqları haqqında məlumatlandırmır".

Xodarenok raketdən müdafiə sistemlərinin yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməsini demək üçün hələlik tez olduğunu deyib: "Çünki bu cür tədbirlər real təhdid olduğu halda alınır. Şimali Koreya və ABŞ-ın qarşılıqlı təhdidləri isə sinir hərbinə çevrilib...

Ümumiyyətlə hücum haqqında əvvəldən məlumat verilmir. Əvvəl vurulur, sonra bu açıqlanır. Lakin, Pentaqon uzun müddət əvvəldən Şimali Koreyanın hücum modelini hesablayıb. Müharibənin başlamama səbəbi isə, Amerikanın Cənubi Koreya kimi əhəmiyyətli bir müttəfiqini risqə atmaq istəməməsidir".

Qeyd edək ki, son günlər tərəflərin bir-birlərinin ünvanına təhdid dolu mesajları daha çox müşahidə edilir. Bir neçə gün əvvəl isə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın 20-yə yaxın hərbi obyektinə qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı planı olduğunu dair məlumat mətbuata sızdı. Sızdırılan plandan belə aydın olur ki, Amerika hərbçiləri mümkün bombardmanda B-1B Lancer təyyarələrindən istifadə etməyi nəzərdə tutur. Quam adasındakı Andersen hərbi bazasında 6 belə təyyarə var. Mayın sonlarından etibarən hücumun imitasiyası məqsədilə 11 dəfə təlim uçuşları aparılıb. Hərbçilər bildirir ki, əgər həqiqətən ABŞ KXDR-ə zərbə endirməli olsa, əməliyyatda kosmik peyklər, pilotsuz uçuş aparatları, qırıcı və kəşfiyyatçı təyyarələrdən istifadə olunacaq. Əsasən raketlərin buraxılması üçün istifadə olunan meydançalar, sınaq kompleksləri və köməkçi binalar hədəf olaraq seçiləcək. Amerika kəşfiyyatı obyektlərin dəqiq yerləri haqqında da məlumatlara malik olduğunu qeyd edib.

KXDR isə ABŞ-ın Quam adasındakı hərbi obyektinə ağır zərbə endirəcəyini bəyan edib. Şimali Koreyanın KCNA agentliyinin məlumatına görə, Koreya Xalq Ordusunun komandanlığı avqustun ortalarında Quam adasına endiriləcək zərbənin planı üzərində işi başa çatdıracaq. Plana görə, Şimali Koreya hərbçiləri ABŞ hərbi bazasına orta mənzilli dörd "Hwasong-12" ballistik raketini buraxmaq niyyətindədir. Raketlər Yaponiya üzərindən keçərək Quam adasının 30-40 km yaxınlığında suya düşməlidir. Rəsmi Pxenyan bu addımın ABŞ ordusunun Asiya və Sakit Okean regionunda qarşısının alınmasına yönəldiyini vurğulayıb. Şimali Koreya hərbçilərinin sözlərinə görə, "Hwasong-12" model 4 ədəd uzaqmənzilli ballistik raket eyni anda havaya qalxacaq və Yaponiyanın üstündən keçərək Quama doğru hərəkət edəcək. Raketlər 3.356 km məsafəni 17 dəqiqə 45 saniyəyə qət etdikdən sonra Quam adasına düşəcək..

TAHİR

Son xəbərlər