12/12/2017 00:54
728 x 90

ABŞ Quam adasında Şimali Koreyanın mümkün "nüvə hücumu"na qarşı hazırlıqlara başladı

Ada sakinlərinə "atom hücumu" barədə təlimatlar paylandı

img

Şimali Koreyanın vurmaqla hədələdiyi ABŞ ərazisi sayılan Quam adasında rəhbərlik potensial atom bombası hücumuna hazırlıq üçün təlimat yayıb.

Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Conq Una Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.

Şimali Koreya Quamı nüvə hücumu ilə hədələməyib, lakin ABŞ-la Pxenyan arasında artan gərginliklər regionda nüvə konfliktinin baş qaldıracağına dair qorxuları artırıb. Hərçənd ki, Quam qubernatoru Şimali Koreyanın raket xəbərdarlığına reaksiyasında narahatlığa əsas olmadığını bildirib, ancaq hökumət hazırlıq barədə təlimat açıqlayıb.

Soyuq Müharibə dönəmini xatırladan təlimatda nüvə hücumundan öncə, hücum zamanı və sonra nə etmək olduğu deyilir. “Parıltıya, alov topuna baxmayın – sizi kor edə bilər,” təlimatda deyilir. "İstənilən qoruyucu obyektin arxasında gizlənməyə çalışın.”

"Radioaktiv maddəni yayılmaqdan saxlamaq üçün paltarlarınızı çıxarın. Üst paltarı çıxarmaq radioaktiv materialın 90 faizini aradan qaldıra bilər,” deyə təlimatda hücum zamanı bayırda olan vaxt nə etmək tövsiyə olunur.

Təlimatda valideynlərə uşaqlarla bağlı nə etməyə dair məsləhətlər də verilir. “Olduğunuz yerdə qalın - hətta ailənizdən ayrı düşsəniz belə. Xəbərlərə qulaq asın. Məktəbə zəng etməyin. Səbrli olun. Övladınızı necə götürmək barədə təlimatları gözləyin.”

Quamda hazırda 163,000 adam yaşayır. Burada ABŞ hava qüvvələrinin bazası və B-1 bombardmançı təyyarələri qərargahlanır.

Son xəbərlər