14/12/2017 10:08
728 x 90

Şimali Koreyada 3.5 milyon könüllü ABŞ-a qarşı döyüşmək üçün orduya qoşuldu

img

Şimali Koreyada 3.5 milyon işçi, partiya üzvü və əsgər könüllü olaraq, yenidən ordu sıralarına qoşulmaq üçün müraciət ediblər. Baki-xeber.com amerikanin sesi.org-a istinadən xəbər verir ki, bu məlumatı şənbə günü “Rodong Sinmun” adlı ölkənin rəsmi qəzeti yayıb.

Onların bildirdiyinə görə, könüllülər BMT-nin sanksiyaları müqavimət göstərmək və Pxenyan ilə Vaşinqton arasında gərginliyin artması ilə əlaqədar ABŞ-a qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.

Bu həftənin əvvəli nüvə silahına malik olan Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi, Quamı hücumla hədələyib.

Çərşənbə axşamış Pxenyanda hökümətə dəstək nümayişi məqsədilə kütləvi yürüş keçirilib. Şimali Koreya daha öncələr də regionda gərnginliyin artıdığı zamanda böyük sayda insan səfərbər edib.

2015-ci ilin avqustunda iki Koreya arasındakı hərbsizləşdirilmiş ərazidə minanın partlayışı gərginliyin artmasna səbəb olmuşdu. O zaman bir milyon şimali koreyalı orduya qoşulmaq və ya yenidən qoşulmaq müraciəti ilə çıxış etmişdi.

2013-cü ildə Şimali Koreya ABŞ-ı Havay və Quam adalarındakı hərbi bazaları raketlə vuracağı ilə hədələmişdi. Həmin vaxt rəsmi Pxenyan xarici diplomatları ölkəni tərk etməli olduqları ilə xəbərdarlıq etmişdi.

Son xəbərlər