13/12/2017 05:37
728 x 90

Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyatla bağlı DİN bir, əhali başqa söz deyir

img

Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub. APA-nın yerli bürosunun məlumatına əsasən, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.

Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi də Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb. Məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub. 

Son xəbərlər