17/10/2017 15:26
728 x 90

İstanbulun Topkapı sarayı “dənizə addımlayır”?

img

Rəsmi Türkiyə  bir sıra KİV-də məşhur Topkapı sarayının restavrasiya işlərinin yetərsizliyi üzündən tədricən dəniz istiqamətində çökməsi barədə yayılan xəbərləri qəti şəkildə təkzib edib.

Baki-xeber.com “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə KİV-ə açıqlamanı Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş verib. Yayılan xəbəri qəti şəkildə təkzib edən nazir bunu spekulyasiya adlandıraraq bildirib ki, əsrlərin mirası olan sözügedən saray yerini bir santimetr də olsun dəyişməyib. Məsələ ilə bağlı sarayı şəxsən ziyarət edən nazir bildirib ki, muzey əməkdaşlarından gərəkən informasiyanı alıb və belə bir hadisənin qeydə alınmadığına şəxsən əmin olub. “Saray hər zaman olduğu yerdə durmaqda davam edir” – deyən nazir hazırda burada restavrasiya işlərinin davam etdiyini və bu məqsədlə dövlət tərəfindən 200 milyon türk lirəsi ayrıldığını bildirib.

Son xəbərlər