17/10/2017 15:26
728 x 90

Vaşinqton Rusiyanın antidiplomat addımına sentyabrın 1-də cavab verəcək...

img

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Rusiyanın amerikan diplomatlarına qarşı addımına sentyabrın 1-də cavab verəcəklərini açıqlayıb.

Baki-xeber.com-un xəbərinə görə, Tramp dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ilə görüşməsinin ardından jurnalistlərə deyib ki, Vaşinqton sentyabrın 1-də amerikan diplomatlarının Rusiya ərazisindən çıxarılmasının gərəkən qarşılığını verəcək.  “Biz dövlət katibi ilə cavab tədbirlərini götür-qoy etdik. Sentyabrın 1-də bu cavab veriləcək”- o deyib.

Xatırladaq ki, ötən cümə Donald Tramp ilk dəfə Rusiyanın amerikan diplomatlarının ölkədən çıxarılması qərarına şərh verib. 455 diplomatın Rusiya ərazisindən çıxarılması qərarını şərh edən ABŞ prezidenti onsuz da dipmissiyaya ayrılan xərclərin azaldılmasını götür-qoy etdiklərini bildirib və bu işdə ona yardımçı olduğuna görə Putinə təşəkkür edib.

Son xəbərlər