21/08/2017 18:08
728 x 90

“Stratfor”dan yeni proqnoz - Rusiya 20 ilin ən böyük köçü ilə üz-üzə qalacaq

img

Rusiya yaxın dövrlərdə son 20 ildə görünməyən köç dalğası ilə üz-üzə qalacaq. Baki-xeber.com xəbər verir ki, bu barədə Pentaqona yaxınlığı ilə tanınan, "Kölgə CIA” da adlandırılan ABŞ-ın məşhur kəşfiyyat və analiz şirkəti “Stratfor”un hesabatında bildirilir.

“Nezavisimaya Gazeta”nın yazdığına görə, Rusiyada ixtisaslı kadrların son dövrdə ölkəni tərk etdiklərinə işarə edilən hesabatda qeyd edilir ki, Rusiyadan yaşanan beyin axını ölkənin iqtisadiyyatına və siyasətinə də təsir edir.

Hesabatda bildirilir ki, hakimiyyətə qarşı narazılıqdan dolayı xaricə köç edən Rusiya vətəndaşlarının sayı getdikcə artır. Gəlirlərin azalması və ictimai narazılıqların artması da buna təsir edir.

Rusiyadakı gələcəyinə olan inancını itirən yüksək ixtisaslı mütəxəssislərin ölkəni tərk etdiklərini qeyd edən Amerika şirkəti, beyin axını dalğasının uzun illər ərzində Rusiya iqtisadiyyatına zərər verəcəyini bildirir. “Stratfor” Rusiyadan yaşanacaq köç dalğasının ölkəyə 1,5 trilyon dollar ziyan vuracağını proqnozlaşdırır.

Hesabatda, Rusiyanı son iki ildə çox sayda milyoner və milyarderin tərk etdiyi xatırladılır.

Son xəbərlər