17/10/2017 15:18
728 x 90

ABŞ İraqda İŞİD-ə qarşı əməliyyatlar üçün müvəqqəti bazalardan istifadə edib

img

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqda İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar üçün İraqda bir neçə hərbi baza açıb və sonradan onları bağlayıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu koalisiyanın nümayəndəsi bildirib.

"Koalisiya bir neçə baza açıb və onların bir hissəsini sonradan bağlayıb. Bu bazalar İŞİD-ə qarzı mübarizə üçün yaradılır", - nümayəndə deyib.

O, bildirib ki: "Biz koalisiya qüvvələrinin yerləşməsini müzakirə etmirik. Bütün müvəqqəti bazalar İraq höküməti ilə razılaşdıraraq yaradılır".

Son xəbərlər