17/10/2017 15:26
728 x 90

Rusiya Şimali Koreya raketləriniın hədəfində olan bölgələri nəzarətə götürdü

img

Rusiya Şimali Koreyanın nüvə silahlarına sahib bir ölkə olmasını qəbul etmədiyini bəyan edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

"Şimali Koreya, nüvə silahların yayılmamasına dair müqavilə imzalamışdı, ancaq sonra bu anlaşmadan imtina etdi. Bu gün isə Pxenyan, nüvə silahı istehsal etmək üçün bütün qanuni hüquqlara sahib olduğunu iddia edir. Ancaq Rusiyanın mövqeyini bilirsiniz. Biz, nüvə silahına sahib bir Şimali Koreyanı qəbul etmirik" – deyə Rusiya XİN başçısı bildirib.

Lavrov, ABŞ və Şimali Koreya arasındakı gərginliyin böyük bir müharibəyə çevrilmə ehtimalının çox yüksək olduğunu da ifadə edib.

Artıq Şimali Koreya ilə ABŞ ola biləcək qarşıdurma ehtimalına qarşı Rusiya ordusu hazır vəziyyətə gətirilib. Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Ozerov, Şimali Koreyanın son raket sınaqları ilə bölgədəki gərginliyin yüksəlməsinə görə, Rusiya ordusunun ölkənin uzaq şərq bölgəsindəki havadan müdafiə sistemlərini gücləndirdiyini deyib.

Uzaq şərq bölgəsindəki hərbi hava sistemlərinin həyəcan vəziyyətinə gətirildiyini deyən rusiyalı senator daha sonra bildirib: "Şimali Koreya və ətrafında baş verən bütün prosesləri izləyirik. Şimali Koreyaya aid raketlərin atıla biləcəyi bölgələri daha çox nəzarətdə saxlayırıq".

Son xəbərlər