21/08/2017 18:08
728 x 90

Avropada baş qaldıran “yumurta həyəcanı” Avrokomissiyanı hərəkətə gətirdi...

img

Avropa Komissiyası bir sıra qitə ölkələrinin ticarət şəbəkəsinə yol tapmış kimyəvi tərkibli yumurtalarla bağlı təcili toplantı çağırılması təşəbbüsü ilə çıxış edib.

Baki-xeber.com-un xəbərinə görə, Avrokomissiyanın sağlamlıq və qida təhlükəsizliyi üzrə komissarı Vityanis Andryukaytis olayla bağlı açıqlamasında sözügedən yumurtaların tərkibində insektisid fipronil maddəsinin aşkarlandığını bildirib və bununla bağlı təcili toplantının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Toplantıda kimyəvi tərkibli yumurtalar ticarət şəbəkəsinə yol tapmış bütün Avropa ölkələrinin hökumət nümayəndələrinin iştirakı gözlənir. Toplantının Brüssel insidentlə bağlı bütün gərəkli bilgiləri əldə etdikdən sonra keçiriləcəyi gözlənir.

Andryukaytis deyib ki, artıq məlum olayın mənfi təsirini üzərində hiss etmiş Almaniya, Belçika və Niderlandın müvafiq nazirləri ilə danışıqlar aparıb.

Almaniyanın kənd təsərrüfatı naziri Kristian Şmidt isə baş verənləri “kriminal maxinasiya” adlandırıb. Xəbərə görə, Belçikada qadağan olunmuş insektisid maddəsi yerli şirkətlərdən birinin toyuqların saxlandığı deposunun dezinfeksiya edilməsində istifadə olunub. Elə Almaniyaya da 11 milyon ədəd fipronilli yumurta qonşu ölkələrdən idxal olunub. Almaniyanın sağlıq qurumları bu yumurtaların insan sağlamlığına birbaşa mənfi təsiri olmadığını bildirsə də, uşaqların qidalanmasında risq amilini istisna etmir.

Ümumilikdə kimyəvi tərkibli yumurtalar.Avropanın 12 ölkəsinə yol tapıb. Hazırda durumun nəzarıtdı saxlandığı bildirilir.

Son xəbərlər