20/09/2017 06:09
728 x 90

Ərəb böhranına gətirən kiberhücumun təşkilatçısı bəlli oldu

img

ABŞ kəşfiyyatı Qətərlə diplomatik əlaqələrin kəsilməsinə gətirən bu ölkənin dövlət agentliyinin saytının sındırılması olayının arxasında BƏƏ-nin durduğuna əmindir.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Washington Post” özünün Amerika kəşfiyyatındakı mənbələrinə istinadən yazır. Xəbərdə deyilir ki, mayın 24-də baş verən və Qətərin diparenada təklənməsinə gətirən Qatar News Agency, QNA kimi caddi xəbər agentliklərinə kiberhücumların bir gün öncə - mayın 23-də BƏƏ-nin yüksək dövlət rəsmilərinin “müzakirə etdikləri plan əsasında reallaşdırıldığı” barədə təkzibedilməz kəşfiyyat məlumatları var.

Lakin nəşr onu da  bildirir ki, kiberhücumun birbaşa BƏƏ tərəfindən törədildiyi, yaxud bunu hansısa üçüncü tərəfin əli ilə etdiyi hələlik bəlli deyil.

Öz növbəsində BƏƏ özünün sözügedən olaya bağlılığını qəti şəkildə rədd edir.

Son xəbərlər