20/09/2017 05:57
728 x 90

Ərdoğandan 15 iyul hadisələrilə bağlı Qərbə sərt mesajlar…

"Türkiyə insan hüquqları məsələsində Qərbdən öndədir"

img

"İnanıram ki, Allah şəhidlərimizin intiqamını alacaq". APA-nın Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Ankara Ticarət Dərnəyində təşkil edilən "15 iyul" panelində çıxışında deyib.

R. T. Ərdoğan bildirib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı hədəf Çanaqqaladakı hədəflə eyni olub: "15 iyul Türkiyədə insan hüquqlarının ağır şəkildə pozulduğu bir gündür. Şəhidlərin 45-i atıcı silahlardan hədəf kimi atəş açılması, 21-i təyyarələrin bombalaması, 9-u tankların əzməsi, 63-ü vertolyotlardan açılan atəşlə öldürülüb. Türkiyə hüquq dövləti olmasa, bu gün hərbi çevriliş cəhdində xalqa atəş açanlar həbsxanalarda yox, öldürülərək çuxurlara atılmış olardı. Almaniya birləşərkən dövlət qulluğunda çalışan 500 mindən çox insan işdən çıxarılıb. İndi bizdə Fətullahçı Terror Təşkilatı ilə əlaqəli insanların işdən çıxarılmasının dərdinə qalıblar. Onlar gedib özəl sektorda çalışsınlar. Onları dövlətmi saxlamalıdır? Dövlət saxladı, dövlətə xəyanət etdilər. Hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı həyatını itirən və yaralananlara göstərilməyən diqqət hərbi çevrilişə cəhdində iştirak edənlərə göstərildi. Bir çox Qərb dövləti hərbi çevriliş dönəmində susqunluq göstərdi, bir qismi isə hələ də susqunluğunu pozmayıb. Zərər çəkənlərə yox, terrorçulara göstərilən diqqət bizi incidir. Belə insan haqları anlayışını qəbul etmirik. Bu il 15 iyul ərəfəsində də Böyük adada yeni mənfur layihə hazırlayan şəxs polis tərəfindən yaxalandı. Almaniyada G20 sammitində də mənə yaxınlaşıb,  dedilər ki, Türkiyədə jurnalistlər saxlanılıb. Dedim ki, jurnalist yox, casus və təxribatçılar saxlanılıb, məhkəmə qərar verəcək. Mən Almaniyaya terrorla əlaqəli şəxslərlə bağlı 4500 sənəd vermişəm, bir nəticə yoxdur, bir iş belə məhkəməyə göndərilməyib. ABŞ-da FETO lideri ilə bağlı hansı addımlar atılır? Biz soruşanda deyirlər ki, ölkəmizdə məhkəmə var. Türkiyədə də məhkəmə var. Biz insan hüquqları məsələsində Qərbdən öndəyik. Hamburqda baş verənləri dünya gördü. Antalyada da bundan öncə G20 toplantısı keçirilmişdi, hər kəs toplantının necə keçdiyini də görmüşdü".

Türkiyədə ana müxalifət partiyasının liderinin hərbi çevriliş cəhdinin iştirakçıları, terrorçuları müdafiə etdiyini söyləyən Türkiyə prezidenti Qərbdə fövqəladə vəziyyət rejiminin nə vaxt ləğv olunacağının soruşulduğunu nəzərə çatdırıb: "Dövlətə təhdidlər aradan qalxandan, terrorla mübarizə yekunlaşandan sonra fövqəladə vəziyyət rejimi ləğv olunacaq. Bir mənamı qeyd edim. Biz Ədalət və İnkişaf Partiyasının qurarkən Cənub-Şərqi Anadoluda bizə dedilər ki, fövqəladə vəziyyət rejimini ləğv edin, yetər. Biz hakimiyyətə gələrkən bir ay ərzində fövqəladə vəziyyət rejimini ləğv etdik. Bir nəticəsi oldumu? Yox. İndi biz Cənubi-Şərqi Anadoluda, dağda, daşda terrorçuları məhv edirik. Son nəticədə də bu terror bəlasına son qoyacağıq. Bizdən əvvəl tədbirlərdə kürdcə danışa bilirdilərmi? Biz bunu təmin etdik. Bunun qədir-qiymətini bilmədirlər. HDP-nin 83 millət vəkili seçilən zamanı kürdləri küçələrə çağırdılar, ölən də, öldürən də kürd oldu".

R. T. Ərdoğan PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə də xəbərdarlıq edib: "Türkiyəyə qarşı təxribata artıqlaması ilə cavab veriləcək, təhdidlər aradan qaldırılacaq".

Son xəbərlər