22/11/2017 15:25
728 x 90

Türkiyə Rusiyadan alacağı S-400-ləri Ermənistanla sərhəddə yerləşdirəcək…

img

Rəsmi Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin alışı üçün 2,5 milyard dollar ödəməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi Türkiyədəki mənbələrə istinadən xəbər verir.

Yüksək vəzifəli türkiyəli məmurun sözlərinə görə, gələn il Ankara Rusiyadan 2 S-400 batareyası almağı planlaşdırır. Rusiya tərəfi bu barədə şərh verməyib.

Qeyd olunur ki, Rusiya silah sistemləri NATO standartlarına uyğun olmasa da, Türkiyə bu sistemləri Alyans rəhbərliyi tərəfindən tətbiq edilən məhdudiyyətlərin qüvvədə olduğu regionlarda – Ermənistan və Yunanıstan sərhədlərində, Egey dənizi sahillərində yerləşdirməyi planlaşdırır.

Müəllifin fikrincə, Rusiya istehsallı silahların alışı ilə bağlı saziş onu göstərir ki, Türkiyə NATO-dan üz çevirir.

Son xəbərlər