21/07/2017 22:39
728 x 90

Türkiyə FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəni diqqətli olmağa çağırdı

img

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal bir qrup xarici media mənsubu ilə görüşüb.

APA-nın Türkiyəyə ezam olunmuş müxbirinin məlumatına görə, M. Ünal Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət strukturlarına sızdığını deyib: “40 illik keçmişi olan FETÖ guya demokratiyanı, dəyişikliyi müdafiə edən bir hərəkat kimi çıxış edirdi. Ancaq 2013-cü ildə onun kənardan əmr alaraq, hərəkət edən bir qurum olduğunu gördük. Bir anda Pensilvaniyaya gedib-gələn jurnalistlərin, digərlərinin zombiyə çevrildiyinin şahidi olduq. Bəzən bizə deyirlər ki, 2013-cü ildə rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs edilənləri, saxlanılanları niyə müdafiə edirik. 2013-cü il 17-25 dekabrda hüquq adı altında çevriliş cəhdindən sonra onların mahiyyəti məlum oldu. Eyni təşkilatın üzvü olan prokuror ittiham irəli sürür, hakim qərar verirdi".

M. Ünal qeyd edib ki, FETÖ dünyada 160 ölkədə fəaliyyət göstərir: "FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəyə xəbərdarlıq edir və diqqətli olmağa çağırırıq. FETÖ-nün yatmış hücrələri fəaliyyətə keçən zaman Türkiyədə kimi, o ölkələr də böyük təhlükə, fəlakətlə üzləşə bilər".

M. Ünal Türkiyədə söz azadlığının qorunmasına xüsusi önəm verildiyini vurğulayıb: "Ancaq 15 iyul hərbi çevriliş cəhdindən əvvəl bəzi mətbuat orqanlarında yazırdılar ki, iyulda yaxşı şeylər olacaq. Rəcəb Tayyib Ərdoğanın edam olunacağını yazırdılar. Bu, nə dərəcədə jurnalistika ilə əlaqəlidir".

Son xəbərlər