22/06/2017 18:16
728 x 90

Fransada prezident seçkisi ərəfəsində terror - Parisin mərkəzində silah səsləri, ölən və yaralananlar var...

img

Fransa paytaxtında Parisin mərkəzində silahlı insident baş verib. Baki-xeber.com xəbər verir ki, “Kalaşnikov”la silahlanmış şəxsləri 1 polisi öldürüb, 2-ni yaralayıb.

Polisə atəş açan silahlılardan biri öldürülüb, digəri isə qaçıb. Öldürülən şəxsin radikal dinçi olduğu məlum olub. Bölgədəki bütün metrolar bağlanıb.

Fransa polisi “hücumun böyük ehtimalla terror aktı" olduğunu bəyan edib. Daxili İşlər Nazirliyinin sözçüsü isə, "hücumun hansı səbəbdən baş verdiyini söyləmək üçün hələ çox erkəndir" deyib.

Fransa prezidenti Fransua Olland hücumun terror olduğunu deyib.

Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Qeyd edək ki, Fransada 2017-ci il seçkilər ili olacaq. 66 milyon əhalisi olan ölkədə 43 milyon seçici seçkiyə gedərək əvvəl prezidentini, sonra da millət vəkillərini seçəcək. 23 aprel və 7 may tarixləri arasında prezident seçkiləri, 11 və 18 iyunda isə parlament seçkiləri keçiriləcək.

Son xəbərlər