23/08/2017 08:11
728 x 90

Poroşenkonun adamı ilə Saakaşvilinin söz dueli - Putinlə kim əlbirdir…

img

Ukrayna Ali Radasının "Petro Poroşenkonun bloku" fraksiyasından olan deputatı Oleq Barna Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlıq etməkdə ittiham edir.

Trend-in məlumatına görə, M.Saakaşvili özünün "Başqa Ukrayna" adlı verilişində P.Poroşenkonun fəaliyyətini tənqid edib, Ukrayna Təhlükəsizlik Xidmətinin rəis müavini Pavel Demçini isə ölkənin "düşməni" elan edib.

Bundan sonra O.Barna gözlənilmədən M.Saakaşvilinin Moskva ilə əlaqəsi olduğunu iddia edib: "Belə çıxır ki, burada Poroşenkonun əleyhinə Putinlə birləşiblər. Lakin bu sizdə alınmayacaq".

M.Saakaşvili isə cavabında deyib: "Putinlə əlbir olmağımla bağlı fikirləri qəbul etmirəm. Rusiyada fabrikim yoxdur"

Son xəbərlər