22/06/2017 18:07
728 x 90

Peterburq metrosunda terror aktının sifarişçisi kimdir?

img

Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Bununla belə terror aktının sifarişçinin adı açıqlanmayıb.

Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

Son xəbərlər