18/10/2017 04:06
728 x 90

Moskva Putin-Tramp görüşünü keçirməyə hazır olduğunu bəyan etdi

img

Rusiya tərəfi RF və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünü keçirməyə hazırdır. Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

S.Ryabkov bildirib ki, Moskva belə görüşün təşkilinə hazır olduğunu təsdiq edir: "Ötən həftə Rusiyada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson da Birləşmiş Ştatların yeni administrasiyasının da bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bildirdi. Lakin liderlərin görüşünün uğurlu olması üçün hazırlıq yaxşı səviyyədə olmalıdır".

Son xəbərlər