22/08/2017 20:41
728 x 90

Albaniyada namizədin yoxluğu üzündən prezident seçkisi baş tutmadı...

img

Albaniya parlamenti namizədin yoxluğu üzündən prezidentini seçə bilməyib.

Baki-xeber.com-un xəbərinə görə, buna səbəb Baş nazir Edi Ramanın başçılıq etdiyi hakim partiyanın səsvermənin birinci turunda namizəd irəli sürməməsidir. “Frans Press” agentliyinin xəbərinə görə, hakim partiya bunu müxalifətlə dialoqa getmək istəyilə izah edib. Parlament sədri İlir Meta deyib ki, ölkədəki bütün siyasi partiyalar arasında konsensusun olmasına çalışırlar.

Agentliyin bildirdiyinə görə, yerli qanunlara əsasən prezident postuna namizədi parlamentin 140 deputatından 84 nəfərdən az olmayaraq deputat dəstəkləməlidir. Beş raundda prezident seçilməzsə, parlament buraxılmalıdır.

Qeyd edək ki, Albaniya müxalifəti parlamenti fevral ayından boykot edir və azad seçkilərin keçirilməsi üçün keçid hökumətinin qurulmasını şərt kimi irəli sürür.

Son xəbərlər