22/06/2017 18:12
728 x 90

Tramp İranla nüvə razılaşmasına yenidən baxacaq...

img

Iran tərəfindən nüvə razılaşmasının bütün şərtlərinə əməl olunmasına baxmayaraq, Tramp sözügedən anlaşmaya yenidən baxmaq niyyətindədir.

Baki-xeber.com-un xəbərinə görə, buna səbəb ABŞ tərəfinin İranı Yaxın Şərqdə terrorizmə dəstək verməkdə ittiham etməsidir. Bu barədə ABŞ Dövlət Departamentinin başçısı Reks Tillerson aprelin 19-da verdiyi açıqlamada bəyan edib. Parlamentin aşağı palatasının spikeri Pol Rayana ünvanladığı məktubda Tillerson bildirib ki, İran nüvə anlaşmasının şərtlərinə əməl etsə də, “terrorizmin aparıcı sponsoru” olaraq qalmaqda davam edir. Bununla bağlı Ağ Evin İrana qarşı sanksiyaların yenidən qaytarılması variantını istisna etmədiyini yazan dövlət katibi onu da bildirir ki, prezident Tramp artıq müşavirlərinə anti-Iran sanksiyaların qaytarılmasının ABŞ-ın milli maraqlarına uyğun olub-olmadığını araşdırmaq təlimatı verib.

Xatırladaq ki, Iranla nüvə razılaşması 2015-ci ildə 6 ölkə - ABŞ, Çin, Almaniya, Fransa,  Böyük Britaniya və Rusiya ilə Iran arasında bağlanıb. Həmin razılaşmada isə terrorizmlə bağlı heç bir bənd yoxdur.

Son xəbərlər