27/04/2017 01:31
728 x 90

Rusiya bombardmançıları ABŞ sərhədində - Amerika qırıcıları havaya qaldırdı

img

Alyaska bölgəsində iki Rusiya TU-95 bombardmançı təyyarəsi ABŞ hərbi hava qüvvələrini ayağa qaldırıb. Dərhal havaya qalxan ABŞ F-22 döyüş təyyarələri Amerikan hava sahəsinə yaxınlaşan Rusiya bombardmançılarının qarşısını kəsib.

Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb. Məlumatda bildirilir ki, Alaska yaxınlığında iki Amerika F-22 “Raptor” tipli döyüş təyyarəsi Rusiya Hərbi Hava Qüvvələrinə aid iki TU-95 tipli bombardmançı təyyarənin qarşısını kəsib.

Anadolu Agentliyi Pentaqonun Sakit okean komandanlığının sözçülərindən mayor Qari Rossa istinadən xəbər verir ki, hadisə Alyaskanın Kodiak adasının 160 kilometrliyində baş verib. Ross təyyarədən təyyarəyə hər hansı bir radio əlaqəsi yaradılmadığını da söyləyib.

Mövzu ilə əlaqədar açıqlama verən Illinoys əyalətinin Respublikaçı vəkili Adam Kinzinger isə  "Rusiya təyyarələrinin ABŞ sərhədlərinə bu qədər yaxın uçaraq əzələ nümayiş etdirməyə çalışdıqlarını" iddia edib. Onun sözlərinə görə, Rusiya bu cür addımlarla “biz hələ buradayıq” mesajı verməyə çalışır.

Qeyd edək ki, ABŞ döyüş təyyarələri 2015-ci ilin iyul ayında da Kaliforniya sahillərində Amerikan hava sahəsinə çox yaxınlaşan Rusiya döyüş təyyarələrinin qarşısını kəsmişdi.

Son xəbərlər