13/12/2017 05:37
728 x 90

ABŞ-ın Suriya rejiminə ilk raket hücumu Pentaqona 93,81 milyon dollara başa gəldi - VİDEO

img

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) prezident Donald Trampın əmri ilə Suriyanın Humus vilayətindəki Şayrat hərbi hava bazasına 59 “Tomahawk” raketi atması 93,81 milyon dollara başa gəldi.

Baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Pentaqonun illik büdcəsinə görə, Əsəd rejiminin İdlibdə kimyəvi hücuma cavab olaraq atılan “Tomahawk” raketlərinin hər biri 1,59 milyon dollara başa gəlir. Bu rəqəm, ABŞ-ın Suriyaya hava hücumunda istifadə edilən 59 “Tomahawk” raketinin Pentaqona ən az 93,81 milyon dollara başa gəldiyini ortaya qoyur.

Pentaqonun istifadə etdiyi raketlərin əvəzinə yenilərini satın alacağı barədə gözləntilər “Tomahawk”ın istehsalçısı “Raytheon”un səhmlər 1,5 faiz bahalaşdırıb.

ABŞ ordusu 5,56 metr uzunlunda, sürəti saatda 880 km-ə çatan və 1 200- 2 500 kilometr məzilli “Tomahawk” raketlərini, quru hədəflərini vurmaq üçün ümumiyyətlə hərbi gəmilərdən və ya sualtı gəmilərdən atır.

“Tomahawk” raketləri 450 kiloqram ağarlığında partlayıcı daşıma gücünü sahibdir və modernləşdirlmiş sistemlə hədəfləri dəqiqliklə vura bilir.

Qeyd edək ki, Pentaqon, dünən gecə Suriyaya edilən hücumda istifadə edilən “Tomahawk” raketlərinin Şərq Aralıq dənizidə yerləşdirilmiş USS Porter və USS Ross destroyerlərindən atıldığını açıqlayıb.

Son xəbərlər