28/04/2017 21:43
728 x 90

Türkiyə 15 min qaçqını Avropaya göndərməklə hədələdi

img

Türkiyə 15 min qaçqını Avropa Birliyinə göndərməklə hədələyib. Bu barədə “Azadlıq radiosu” “Reuters” agentliyinə istinadla məlumat yayıb.

Ankara xəbərdarlıq edib ki, 2016-cı ilin martında Avropa Birliyi ilə imzalanmış miqrant razılaşmasını poza bilər.

Bu razılaşmada Türkiyənin Avropa Birliyinə keçən qanunsuz miqrantları geri alması və əvəzində onları ölkə ərazisində yerləşdirmək üçün Avropa Birliyinin Türkiyəyə milyonlarla vəsait ayırması nəzərdə tutulur.

Türkiyə ilə Avropa Birliyi arasında son mübahisə türkiyəli nazirlərin Niderland və Almnaiyada mitinqlər keçirmələrinə icazə verilməməsi olub. Bu mitinqlərdə məqsəd Türkiyədə konstitusiya düzəlişləri ilə bağlı qarşıdan gələn referendumla əlaqədar türk icmaları arasında təbliğat aparmaq idi.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu martın 15-də Avropa Birliyi ilə miqrant razılaşmasından çıxmaqla hədələmişdi. Daxili işlər naziri Süleyman Soylu isə martın 16-da bildirib ki, Ankara qaçqınların Avropa Birliyinə yolunu açmaqla Brüsselin beynini qarşıdıra bilər.

Son xəbərlər