24/06/2017 12:46
728 x 90

Əsəd Suriyada iki İsrail qırıcısını vurduğunu iddia edir

img

Suriya ordusu bu gün səhər saatlarında İsrailə məxsus dörd qırıcının Suriyanın hava məkanını pozduğunu bildirib. Trend-in məlumatına görə, qırıcılardan ikisi vurulub.

Suriya hərbi rəsmiləri, vurulmadan öncə təyyarələrin Livandan keçərək Palmiradakı hərbi bazaya hücum etdiyini bildirib.

Öz növbəsində İsrail təyyarələrin vurulması faktını təkzib edib. Məlumata görə, qırıcılar Suiyada zərbələr endirdikdən sonra İsrailə geri qayıdıb.

Son xəbərlər