Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Baki Xeber - News
22/08/2017 20:54
728 x 90

ABŞ qırıcısı Suriyada məscidi bombaladı: 58 ölü, 100 yaralı

img

ABŞ qırıcısı Suriyanın Hələb şəhərinin Cina bölgəsində məscidi bombalayıb. Trend-in məlumatına görə, məscidə gecə namazı qılınarkən endirilən aviazərbə nəticəsində 58 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı bu hava hücumunun Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini təsdiq edib. Komandanlığın bəyanatında aviazərbələrin İdlibə, "Əl-Qaidə"yə aid toplantı yerinə endirildiyi və çox sayda terrorçunun öldürüldüyü bildirilir.

Lakin Türkiyənin "Anadolu" agentliyinin bu hücumun Cina bölgəsində məscidə edilmiş hücumla eyni olub-olmaması barədə sualına gəldikdə, Komandanlığın rəsmisi zərbənin İdlidə deyil, Hələbin Cina kəndinin yaxınlarına endirildiyini deyib.

Son xəbərlər