27/03/2017 20:28
728 x 90

Bakıda doğulmuş qadın qanunsuz silahlı birləşmələrin üzvü olmaqda təqsirləndirilərək İnterpol xətti ilə axtarışa verilib

img

Rusiya hüquq-mühafizə orqanları Bakıda doğulmuş qadın barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Simat Babayeva 1992-ci ildə Azərbaycanın Bakı şəhərində doğulub. O, Rusiyada qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilir.

Onun barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Son xəbərlər