26/06/2017 00:56
728 x 90

Fransada terror həyəcanı – BVF-yə bombalı zərf göndərildi, liseydə atışma oldu... - FOTO

img

BVF-nin (Beynəlxalq Valyuta Fondu) Paris bürosunda partlayış baş verib. Baki-xeber.com xəbər verir ki, BVF-nin Parisdəki binasına gələn şübhəli zərfin açılması ilə baş verən kiçik partlayış nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Partlayışın ardından polis BVF binasındakı təxminən 150 nəfəri binadan evakuasiya edib və BVF və Dünya Bankının ofislərində axtarış aparılıb.

Bu arada, Fransanın Qras şəhərində isə litseydə atışma olub. Hadisə nəticəsində çox sayda adam yaralanıb. Ilkin məlumatlara görə ən azı 8 nəfər yaralanıb. Hücumda məktəb müdirinə atəş açıldığı bildirilir. Fransa polisi hadisənin terror hücumu olub-olmadığını deməyin hələ tez olduğunu açıqlayıb. Hücumla əlaqədar 17 yaşlı bir nəfər saxlanıb, bir nəfər isə axtarışa verilib.

İnsidentdən sonra Fransa hökuməti terror təhlükəsi haqqında xəbərdarlıq elan edib. Qəsəbədə baş verən hadisədən sonra rəsmilər sakinləri evlərindən çıxmamağa çağırıb.

Qeyd edək ki, dünən Almaniya maliyyə nazirinə də məktub vasitəsilə partlayıcı göndərilib. Araşdırçalardan sonra məlum olub ki, “partlayıcı-məktub” Yunanıstandan göndərilib.

Son xəbərlər