24/03/2017 08:17
728 x 90

Seyran Ohanyan Sarkisyana qarşı olduğunu açıq dedi

"Mən xalqın əksər hissəsi kimi, Ermənistan hakimiyyətinə qarşıyam"

img

“Mən xalqın əksər hissəsi kimi, Ermənistanda bugünkü hakimiyyətin əleyhinəyəm”. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan Seyran Ohanyan deyib.

O bildirib ki, Ermənistan prezidenti ilə heç bir problemi yoxdur: “Sadəcə, bizim idarəçiliklə bağlı fərqli görüşlərimiz var”.

O bildirib ki, təmsil etdiyi bloka qarşı hakimiyyət tərəfindən informasiya kampaniyası aparılır. Keçmiş nazir bu kampaniyaya müxtəlif xadimlərin, KİV-in, hətta partiya və blokların da cəlb olunduğunu bildirib. 

Son xəbərlər