26/06/2017 00:57
728 x 90

Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə dəstək…

“Cənubi Osetiyadakı referendum hüquqi qüvvəyə malik ola bilməz”

img

“Azərbaycan beynəlxalq cəhətdən tanınmış sərhədləri çərçivəsində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tanıyır". APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şuranın iclasına ünvanladığı, Cənubi Osetiyada planlaşdırılan qondarma referendumla bağlı bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Gürcüstan Konstitusiyasının açıq şəkildə pozulması ilə və region əhalisinin kütləvi şəkildə köçürülməsi fonunda keçirilən bu referendum heç bir hüquqi qüvvəyə malik ola bilməz: “Bu qanunsuz fəaliyyət BMT çərçivəsində təsdiqlənmiş coğrafi adlarla bağlı beynəlxalq standartlara və prosedurlara ziddir. Azərbaycan beynəlxalq cəhətdən razılaşdırılmış format çərçivəsində Gürcüstandakı münaqişənin davamlı siyasi həllinin tapılmasına tərəfdardır”.

Son xəbərlər