14/12/2017 10:12
728 x 90

Yunanlar Kipr danışıqlarını yarımçıq tərk etdi, Türkiyə sərt reaksiya verdi - YENİLƏNDİ

img

Aylardır davam edən Kipr müzakirələrində dünən yeni bir gərginlik yaranıb. Baki-xeber.com xəbər verir ki, KKTC prezidenti Mustafa Akıncı ilə Yunan rəhbərliyinin lideri Nikos Anastasiadis yenidən bir araya gəlib. Ancaq görüş Anastasiadisin qapını çırpıb salondan çıxması ilə bitib.

Akıncı bildirib ki, adadakı tərəflərin görüşdüyü zirvədə yunan lider "Söyləyəcək bir şeyim yoxdur" deyərək qapını sərt bir şəkildə çırparaq salondan çıxıb.

Anastasiadis isə öz növbəsində, türk icmasının nümayəndə heyətinin heç bir səbəb olmadan görüşü tərk etdiyini iddia edərək, danışıqların pozulmasına görə məsuliyyəti Akıncının üzərinə qoyub: "Bir neçə dəqiqə ara istədim, geri qayıdanda Akıncı getmişdi. BMT nümayəndəsi də Akıncının getdiyindən xəbəri olmayıb”

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə Kipr münaqişəsinin nizamlanması üzrə danışıqlarda Kipr prezidenti Nikos Anastasiadisin mövqeyini pisləyərək, danışıqların pozulmasına görə məsuliyyəti onun üzərinə qoyub. 

“Yunan icmasının lideri qapını çırparaq danışıqları tərk etdi. Kiprin yunan icmasının hərəkətləri onların adada nizamlanmaya dair  danışıqlara münasibətinin göstəricisidr”, - deyə Çavuşoğlu qeyd edib. 

Son xəbərlər